Təhsil naziri müəllimlərin işə qəbulu və yerdəyişməsi barədə əmr imzalayıb

Təhsil naziri müəllimlərin işə qəbulu və yerdəyişməsi barədə əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrlə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları təsdiq edilib.

Müəyyən edilib ki, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır.

Dosye.org

COMMENTS