Təhsil Nazirliyi: “Xarici Dillər Təmayüllü Gimnaziyasının yoxlamalara ehtiyacı var”

Bir çox liseylər, gimnaziyalar verdikləri təhsilin keyfiyyətinə görə, bəzi orta məktəblərdən kəskin şəkildə fərqlənir.

 

Məhz bu səbəbdən də cəmiyyətin çox hissəsi bu təhsil ocaqlarını seçir. Lakin bəzilərinin isə verdiyi təhsil ucqar kəndlərin təhsilinə bərabər olur. Elə təhsil kompleksi var ki, orada təhsilin keyfiyyətindən söz belə gedə bilməz. Bu sıraya Bakının Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyadır.

 

 

Bu gün sözügedən gimnaziyada yer almış çoxsaylı nöqsanlardan bəhs edəcəyik. Bəzi orta təhsil komplekslərində şagird qəbulu imtahan əsasında həyata keçsə də, sözügedən gimnaziyada bu ən çox valideynlərin müəyyən olunmuş məbləği ödəməsi əsasında həyata keçir. Düzdür, bəzi şagirdlər sual-cavab əsasında qəbul olunur. Lakin sual-cavab zamanı yaxşı nəticə göstərməyən şagirdlərin isə valideynləri gimnaziya direktoruna görüm-baxım edir.

 

Bizə verilən məlumata görə, şagirdlərdən müxtəlif bəhanlərlə nəsə toplanır. Gimnaziyanın təmiri, müxtəlif jurnallara abunə yazılmaq kimi bəhanələrlə şagirdlərdən nəsə toplanır. Qeyd edək ki, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasovdur. Əldə etdiyimiz məlumata görə, bu şəxsin adı bir sıra rüşvət qalmaqallarında hallanıb.

 

Hətta bu şəxs cinayət məsuliyyətinə belə cəlb olunsa da, Abbasov hələ də özünə gəlməyib və qanunsuz əməllərini davam etdirməkdədir. Valideynlər bildirir ki, gimnaziyaya uşaq qoymamışdan öncə o qədər təriflər eşidirik, lakin övladlarımızı gimnaziyaya qoyduqdan sonra peşman oluruq: ‘Şagirdlərə düz-əməlli təhsil belə vermirlər. Təhsildən başqa hər şeyə vaxt tapırlar. Bir dənə də olsun bayram yadlarından çıxmır. Bilmirik uşaqların dəftər-kitabını həll edək, yoxsa bayramları yola verək. Uşaqlarımızın incidilməməsi üçün nə tələb edirlərsə, onu etməyə məcbur oluruq’.

 

 

Valideynlərin bildirdiyinə görə, Təhsil Nazirliyinin tabeliyindəki S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müvafiq göstəriciləri də heç də müsbət olmayıb. Belə ki, gimnaziyanın məzunları son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər. 2012-ci ildə orta statistik məzun ingilis dili fənni üzrə test tapşırığının 61,83%-nə düzgün cavab verib.

 

Qalan illərdə isə məzunlar ən yaxşı nəticələri iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və coğrafiya fənlərindən göstəriblər. imtahan nəticələrinin təhlili göstərir ki, bu məktəbin qəbul imtahanlarında təmayül fənlərindən orta göstəriciləri hətta nadir hallarda belə 70 faizə çatıb. Son 5 ilin statistikasına baxsaq, bu göstəriciləri ölkənin ucqar bölgələrində yerləşən, lazımi təhsil şəraiti olmayan yüzlərlə adi məktəbin nəticələrində də görə bilərik.

 

Bəs onda xarici dil təmayüllü lisey nə üçündür? Son illərdə sözügedən ali məktəblərə qəbul göstəriciləri, abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə nəticələri, mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekunları və digər mühüm məsələlər ümumilikdə, qənaətbəxş səviyyədə deyil. Hətta Təhsil Nazirliyinin apardığı monitorinqlər də göstərir ki, sözügedən gimnaziyada vəziyyət o qədər də qənaətbəxş deyil. Lakin nə Təhsil Nazirliyi, nə də aidiyyəti qurumlar bununla bağlı ölçü götürmür.

 

Direktor isə rahatlıqla işini davam etdirir. Görünür, Abbasovun Təhsil Nazirliyində himayədarı var. Əks halda sözügedən təhsil ocağında başverən neqativ hallarla bağlı ölçü götürülərdi. Ümid edirik ki, bizim yazımızdan sonra Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Giminaziyada baş verənlərin ciddi şəkildə araşdırılması ilə bağlı qərar veriləcək.

 

COMMENTS