Təhsil Nazirliyindən Fazil Mustafaya cavab

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov millət vəkili Fazil Musatafanın ittihamlarına cavab verib.

 

Dosye.org Aktual.az-a istinadən xəbər verir ki, Fazil musatafanın ittihamlarını “facebook” səhifəsindən cavablandıran Cəsarət Valehovun sözlərinə görə, millət vəkili dünən öz “facebook” postunda Sabunçu rayonundakı 148 nömrəli məktəbin qəzalı vəziyyətdə olan binasında tikinti işlərinin yubanması ilə bağlı Təhsil nazirliyini günahlandırmışdır:

 

“Fazil müəllimin nəzərinə çatdırıram ki, cənab Prezidentin təsdiqlədiyi “2014-2016 illərdə Bakı şəhəri və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramının” tədbirlər planı çərçivəsində Sabunçu qəsəbəsində 148 nömrəli məktəbin qəzalı vəziyyətdə olan köhnə korpusunun sökülərək yerində 528 şagird yerlik yeni tədris binasının tikintisi və eyni zamanda idman zalı, yeməkxana və kitabxananın tikintisi nəzərdə tutulmuşdur.

 

2013-cü ilin dekabr ayında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi Departamenti tərəfindən təmir-tikinti işlərinə başlanmışdır. Əlavə məlumatı BŞİH-dən əldə edə bilərsiniz”.

 

Xatırladaq ki, Millət vəkili Fazil Mustafa dünən öz “facebook” paylaşımında Sabunçu rayonundakı 148 nömrəli məktəbin qəzalı vəziyyətdə olan binasında tikinti işlərinin yubanması ilə bağlı Təhsil Nazirliyini ittiham edib.

COMMENTS