“Təkcə baş məşqçini günahlandırmaq olmaz”

“Təkcə baş məşqçini günahlandırmaq olmaz”

“Bilirdik ki, çox ağır oyun olacaq. “İnter” çempionluğa oynayan komandalardan biridir. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq”.

 

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Premyer Liqanın 12-ci turunda məğlub olduqları “İnter”lə oyundan (1:3) sonra deyib.

Təcrübəli futbolçu məğlubiyyətdə təkcə baş məşqçinin deyil, bütün futbolçuların günahkar olduğunu bildirib:

“İlk qolu həmişəki kimi öz səhvimizdən buraxdıq. Daha sonra da komandada ruh düşkünlüyü yarandı. İkinci hissədə pis oynamasaq da, məğlub olduq. Bunun da əsas səbəbi buraxdığımız səhvlərdir. Artıq bundan bir nəticə çıxarmalıyıq. Bu oyunda təkcə baş məşqçini günahlandırmaq olmaz. Məğlubiyyətdə hər kəsin səhvi var idi. Bütün bunlar düzgün analiz edilib, həll olunmalıdır”.

COMMENTS