“Təklif alanda “Qarabağ”ı tanımırdım” – Zubir

“Təklif alanda “Qarabağ”ı tanımırdım” – Zubir

“Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, o, Ağdam klubuna keçidi barədə danışıb. Zubir bildirib ki, təklif aldığı zaman “Qarabağ” haqda məlumatsız olub:

“Lans”dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə “Qarabağ” variantı ortaya çıxdı. Bu klubu tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç”.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin iyunundan “Qarabağ”da çıxış edir.

COMMENTS