Təranə əsəbləşdi: “Zəng edirlər ki, sən həbs edilmisən?”

Təranə əsəbləşdi: “Zəng edirlər ki, sən həbs edilmisən?”

Müğənni Təranə Qumral həmkarı Nazənin ilə illərdir bitməyən qalmaqalından danışıb.

Musavat.com xəbər verir ki, ifaçı “Hər şey daxil” verilişində Nazəninin vəkili Heyrat Qarayevin “Məhkəmənin hökmü ilə məhkumluq adını aldı” sözlərinə münasibət bildirib: “Allah onun bəlasını versin ki, 5 il əvvəl olan söhbəti hər dəfə çıxıb yeniləyir. Mən də Təranəyəm. Kimlərinsə ağlı ilə danışmıram. Kiminsə sözü də mənə maraqlı deyil. Dünəndən telefonlarım susmur. O qədər zəng gəldi ki, sən həbs edilmisən? Bizim işimiz məhkəmədə bitmiş hesab edilir. Ali məhkəmə belə qüvvədə saxladılar. Onlar elə edir ki, guya mən şikayət edirəm. Mən etmirəm, məhkəmə qapısı gəzmirəm. Əllərində telefon gəzirlər ki, mən nə isə danışım, yazsınlar və məhkəməyə versinlər. O, Təranə öldü, yoxdur… Mənim onunla sözüm düşəndən sonra tanındı. Bunlar mənim üçün köhnəlib. Üzr istəmədiyimə görə dövlət pul cəzası kəsib, ödəməliyəm. Qərar çıxandan sonra, gedib pulumu ödəyəcəm”.

DOSYE.ORG

COMMENTS