Tərbiyəmizdən gələn “zibilliklər”

Tərbiyəmizdən gələn “zibilliklər”

Bakımızın ən qlobal və heç cür həll yolu tapıla bilməyən probləmlərindən biri şəhərin zibillənməsi, kifayət qədər zibil tutumlarının olmaması, insanların yerə zibil atmasıdır.Qısası , problem bir az “zibil” problemdir.Amma bunun da hər bir problemdə olduğu kimi bir kökü var.Hətta indi savadına güvənən həkimlər belə deyir:  “Səbəbini tapmadan xəstəliyinizi müalicə edə bilmərəm”.Yəni mənbə , səbəb, kök tapılmalıdır.

Yaşadığım Xətai rayonu üzərindən çıxış edərək qeyd edim ki, 2 il əvvəl yay tətilindən sonra  rayondan Bakıya qayıtdım və avtomobil həyətimizə daxil olduqda Bakıya qayıtdığıma çox peşman oldum.Böyük bir uşaq meydançası  var və meydançanın baş tərəfində 3 ədəd köhnə  zibil qab qoyulmuşdu.Yola axan üfunətli şirədən məlum olur ki,zibil yenicə daşınıb.Bu  maşının özündən sonra qoyduğu “isti” izlərdən də aydın görünürdü.Burunu dələn üfünət qoxusu və bu üfunətin , mikrob dolu zibil şirəsinin içində futbol oynayıb əli, qolu, ayağı , topu ilə potensial xəstəlik daşıyıcısı olan uşaqlar- çox ürküdücü mənzərə idi.Təbiətdən ,  yaşılıqdan yenicə çıxmanın təsiri ilə evə çatar çatmaz  bu əraziyə baxan MKTB-yə zəng edib bu iyrənc vəziyyəti izah etdim və kimə və hara şikayət etməli olduğumu soruşdum. Mülayib səsli bir bəy mənə çox səbrlə izah etdi ki , bu işə məhz onlar baxır.Lakin zibil qabları və zibil tutumları, zibil maşınları köhnə olduğundan bu problemi həll edə bilmirlər.Yeni zibil maşınları isə yalnız şəhərin mərkəzlərinə verilir.Hiss olunurdu ki, artıq bu mətni əzbərləyib.Çox aydın izahatdan sonra  vəziyyətin acınacaqlı və çarəsiz olduğu ilə razılaşdım və dəstəyi asdım.

Çox təqdirəlayiq haldır ki, bu il bizim əraziyə istifadəyə göstərişləri rənginə görə dəyişən zibil qutuları yerləşdirilib.Bunlar zibil qabı olmaqla yanaşı şəhərin görünüşünü  də korlamır, əksinə özünəməxsus rəng qatır.Yaxın vaxtlarda əraziyə yeni zibil maşınları da  verildi və şirələrin yollara axıdılması problemi də, ən azından bu ərazidə öz həllini tapdı.Yeni zibil qabları standartlara uyğun olaraq ağızı qapaqlıdırlar və qapağını həm əllə , həm də ayaqla açmaq olar.Lakin 5 metrdən futbol topu kimi zibil atmağa alışıb, “  tutar,  tutmaz “ prinsipini əlində rəhbər tutan insanlarımız zibilqablarına yaxın getmək istəmədilər.Əllərini zibil qutularına vurnmaq isə heç istmədilər və hətta əziyyət çəkib təxminən 10 sm ayaqlarını qaldırıb qapağı açan qurğuya basmaq  onlara çox əziyyətli gəldi.Bir həftə boyunca bütün zibillər zibilqablarını kənarına atıldı, qablar isə boş qaldı.Təmizlik işçiləri   bir müddət beləcə zibili ətradan yığıb daşıdılar.Yaranmış  gülünc vəziyyət insanların özünü utandırdı  və nəhayət, yavaş -yavaş yeni zibilatma qaydalarına alışdılar .Lakin tənbəllikdən zibil qutularının ağzını açıq qoydular.Bəzən plastik  materyaldan olan bu qablar güclü külək əsdikdə aşır və ağzı açıq olduğundan zibil ətrafa dağılırdı.Bu haldan sonra insanlar axır ki, bu qənaətə gəldilər  ki, qablardan istifadə etməli olduqları şəkildə yararlanmağa məcburdurlar.

Bilindiyi kimi zibil tutmlarının  arasındakı məsafə 100 metrdən çox olmamalıdır.Qeyd edim ki, bu prinsip  bu ərazidə nəzarə alıb.Zibil qablarından  və bir o qədər də zibildən boluq.Maraqlıdır ki, bu tutumlara yalnız evdən polietilen torbalara yığılan zibillər atılır.İnsanlar əllərdəki zibilləri- su qablarını,yedikləri yeməklərin kağızlarını elə küçəyə atır.Məktəbimizin çox savadlı 10 –cu sinif şagirdlərindən biri bir gün məndən qabaqda gedirdi .Bu şagird məndən öndə dönər dükanına  girdi, dönər aldı.Dünəri çox “yüksək” səviyyədə təqdim etmişdilər müştəriyə;kağız paketə qoyub bir polietilen torbaya salmışdılar və 5-6 salfetkanı da lütf edib digər torbada mədəni şəkildə təqdim etmişdilər.Bizim məktəbimizin ən savadlı kimyagəri oradan çıxdı, birinci salfetkaları havaya uçurdu ardınca torbanı, ardınca dönər olab paketi və böyük bir iştahla  dönərindən bir dişlək götürdü.Acı bir mənzərə idi.Biz savad verərkən bir çox şeyləri gözardı edərək gələcəyimiz üçün böyük bir təhlükə yaratdığımızı və budan doğan  “ zibillərdən “ heç cür canımızı qurtara bilmədiyimizi anlamırıq.

Bu yaxınlarda məhəllə parklarından birində böyük ,qəfəs formalı plastik qablar üçün nəzərdə tutulmuş tutum gördüm. Bu çox gözəl təşəbbüdür , tutum yarısına qədər dolu olsa da, ətrafda   plastik qablar yenə də gözə dəyirdi.Deməli, üzərində böyük hərflərlə  bu tutumun istfadəyə göstərişi qeyd olunsa da, bunu belə anlamaqda çətinlikləri olanlar da istisna deyilmiş.Ərtafa göz gəzdirincə günəbaxan tumu çırtlayıb elə ayaqlarının altına atan analar gözümə dəydi.Bu tumlar gələcək plastik qabların , polietilen torbaların “ rüşeyinləridir”.Bu tərbiyyə ilə böyüyən uşaqlar  gələcəkdə xalis “zibil” parazitləri olur.

Düşünürəm ki, Bakını ən böyük problemlərindən biri də yaşayış binalarının ətrafında sakinlər tərəfindən zəbt edilib “ bağ” salınmış ərazilərin, “gizli zibilliklərin” olmasıdır.Bu “bağlar” ilk növbədə qanunsuz zəbt edilib və sakinərin avtomobil saxlamasında, uşaqların rahar oynamsında əngəllər yardır.Bu yaxınlarda yaşadığımız ərazidə bir çox həyətdə bu qanunsuz bağlar söküldü.Qarşıya çıxan mənzərə çox acınacaqlı idi.İnsanlar evlərindən çıxan çürük taxtalara , cırıq ayaqqabılara kimi hər şeyi burada saxlayırlarmış.Zibilə olan sevdamız nə qədər böyük imiş.

Millli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyə əsasən tutumlardan kənara zibil atılmasına görə cəzalar nəzərdə tutulur.Bu cəzalarını nə dərəcədə sərt olduğunu bilməsəm də , kifayət qədər sərt olmadığını düşünürəm.Metronun Həzi Aslanov stansiyyasına gedən yolda xeyli sayda obyeklər olmasına baxmayaraq, o ərazi məişət tullantıları ilə kifəyət qədər zibillənib və çox qəribədir ki, aylıq dövriyyəsi minlərlə manatlarla hesablanan bu obyeklərin qarşısına süpürgə çəkmək üçün bir işçi yoxdur.Çünki heç kim qapısından  bayırı düşünmək istəmir.

Zənnimcə İnzibati Xətalar Məcəlləsinə növbəti bir dəyişiklik və əlavələr olunmalı, bu cəza tədbirlərinin tətbiq olunması üzərində dayanılmalı və yerə zibil atan hər bir vətəndaş cərimələnməlidir.Bu cərimələnmə xalqın “qapısından içəriyə” maddi olaraq mənfi təsir göstərəcəyinə görə düşünürəm ki, effektli olacaq.Dövət bir çox vergini yüngülləşdirib “zibil “ vergisi tətbiq etdiyi təqdirdə əminəm ki, dövlət büdcəsinə xeyli fayda vermiş olarıq.Zibilimizi kapitala çevirərik.

Bir çox inkişaf etmiş ölkələrdə “könüllülər” fəaliyyət göstərir və bu insanlar heç bir təmənna güdmədən qocalara kömək edir, kimsəsizlərə əl tutur, müxtəlif ərzilərin zibildən təmizlənməsində iştirak edir.Yəni bu sahədə dövlətin “ əlindən tutur”.Bu vacib şəkildə bizim cəmiyyətimizdə də tətbiq olunmalıdır.Ən çox da bu tədbirlər məktəb şagirdləri arasında təşkil olunmalı və hər bir şagir bu sosial fəaliyyətə cəlb olunmalıdır.Bu halda yerə zibil atmağı adət emiş şagirdlər atdıqları zibili yerdən qaldırmağın onlara verdiyi əziyyəti görüb bir daha yerə zibil atmamağa çalışacaqlar.Və vaxtında bu mədəniyyəti övladlarına aşılamayan valideyinlər uşaqlarının bu əziyyyəti çəkməməsi üçün onlara yerə zibil atmamaq lazım gəldiini öyrətməyə məcbur olacaqlar.Xüsusi olaraq, valideyinlərin bu sahədə maariflənməsi üçün tədbirlər təşkil olunmasınının da faydalı ola biləcəyini düşünürəm.Yalnız bu şəkildə vaziyyət cəmiyyətin xeyrinə dəyişə bilər və zibili yerə atmamağı həyat tərzinin bir hissəsinə çevirən yeni nəsil yetişəcək.Regionlarda da vəziyyət ürəkaçan deyil, rayon ərazilərində yaşayış məntəqələrindən keçən çayların ərazisi tamaıilə məişət tullantıları ilə çirkləndirilib və bu ərazilərdə zibilin daşınması işi ümumiyyətlə, təşkil olunmayıb.Və bu zibillər axar sulara qarışaraq daha geniş, qlobal çirklənməyə səbəb olur.

 

P.S  ilk dərs gününün sonu oğlum evə gəldi və dedi ki , biz otaqdan çıxanda bütün partaların altı plastik qablar və yediyimiz qidaların artıqları, kağızları idi.Müəlliməmiz bizə heyrətlə baxdı və dedi ki, siz evə gedin , sabahdan məktəbə  analarınız gəlsin .Sizdən öncə onların tərbiyəyə ehtiyacı var!

Bu fikirdə böyük və acı həqiqət gizlənmişdi.Bu “ zibil” problemin kökü, səbəbi buradan qaynaqlanırmış.

Vətənimizi özümüz üçün yox , övladlarımız üçün qoruyaq! Bu halda onları zibilli bir dünya  ilə üz-üzə çətin vəziyyətdə qoymamış olacağıq.Bu onlara təhsil verməmiz qədər vacibdir.Hətta bu onlara yeni həyat verməmiz deməkdir.Təmiz dünyada böyüyən övladların valideyinləri olmaq bizə şərəf versin.

Günel Hacıyeva

COMMENTS