Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dən Dosye.org-a bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.
Dosye.org
COMMENTS