“Təzə Bazar” rəhbəri qanuna da ağalıq edir

Bir müddət öncə “Təzə Bazar” rəhbərliyinin qanunsuzluğu haqda yazmışdıq. Belə ki, dosye.org-a daxil olan məlumatda bildirilirdi ki, bazarın sahibi olan Vaqif Şıxəliyev qanunsuz əməllərinə son qoymayıb və ona “gözün üstə qaşın var” deyən yoxdur. Bazarı zorakılıq yolu ilə ələ keçirməsi uzun müddət gündəmdə olsa da, Şıxəliyevin cəzasız qalması onun yeni qanunsuzluqlara sövq edib. Belə ki, bazar sahibinin bu ərazidə yerləşən obyekti sökərək, ərazini ələ keçirməsi haqda məlumat daxil olub. Həmin məlumatda sökülən obyektin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq V.Şıxəliyevin mülkiyyətçinin hüquqlarını pozduğu və onu aldatdığı bildirilir. Belə ki, sahibkarın ölkədə olmamasından istifadə edərək Təzə Bazar rəhbəri obyekti sökdürüb. Sonradan sahibkarla söhbətdə ona 3 milyon kompensasiya verəcəyini bildirsə də bu vədinə əməl etməyib. Əksinə, öz haqqını müdafiə etmək istəyən sahibkarı hədələyib. Elə həmin vaxt bu mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyimizi bildirmişdik. Araşdırmalar nəticəsində dosye.org-un əldə etdiyi yeni məlumatları diqqətinizə çatdırırıq.

Bildirək ki, söhbət Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (23 saylı mağaza) Daşdəmirov Sahib Atamoviçin xüsusi mülkiyyətindən gedir. Bu obyekt uzun müddətdir ki, sahibkar S.Daşdəmirov tərəfindən kafe-restoran kimi işlədilirmiş. 2013-cü ilin sonlarında sahibkarın Bakıda olmamasından istifadə edərək “Təzə Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev tərəfindən bu obyekt sökdürülür. Bakıya qayıtdıqdan sonra S.Daşdəmirov öz mülkiyyət hüququ ilə bağlı mübarizə aparır. Nəhayət 2014-cü ildə Binəqədi rayon məhkəməsi sahibkarın iddiası əsasında işə baxır və onun xeyrinə qərar çıxarır. İş№2(001) -14786\2014 saylı qərardadda göstərilir: “Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən iddiaçıya məxsus 1 mərtəbəli tikili olan qeyri-yaşayış sahəsində tikinti işlərinin aparılması cavabdeh Şıxəliyev Vaqif Hacıalı oğluna və başqa şəxslərə qadağan olunsun, eyni zamanda həmin ərazidə inşa edilmiş daşınmaz əmlaka dairdaşınmaz əmlaka dair dövlət reystrindən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qadağan edilsin”

Beləliklə qanun öz yerini tapır. Amma bu uzun çəxmir. V.Şıxəliyev yüksək vəzifəli himayədarları (onların da adı bizə bəllidir və gələn yazılarımızda qeyd edəcəyik) köməyi ilə qanuna ağalıq edə bilur: məhkəmə qərarı icra olunmur və bir müddət sonra Binəqədi məhkəməsi öz qərardadının əksinə qərardad çıxarır.Bu bəlkədə analoqu olmayan bir hüquq ziddiyətidir və V, Şıxəliyev bunu bacarır. Qanun üzərində şahlıq edən bazar rəhbərinin əməllərini araşdırmaqda davam edirik. Sahibkar isə öz hüquqlarının bərpası üçün sonadək mübarizə aparmaq niyyətindədir

COMMENTS