Top.Mail.Ru

Tacikistan-Qırğız sərhədində növbəti gərginlik

Tacikistan-Qırğız sərhədində növbəti gərginlik

Tacikistanla sərhəddə baş verən toqquşmalara görə Qırğız Respublikasının Kök-Taş kəndinin sakinləri təxliyə edilib və təhlükəsizlik məqsədi ilə məktəb binasına yerləşdiriliblər.

RİA Novosti bildirir ki, bu barədə Qırğız Respublikasının Batken vilayəti administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, sərhədyanı Daxma bölgəsinin sakinləri də təhlükəsiz yerə təxliyə ediliblər.

Qeyd edək ki, Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yanvarın 10-na keçən gecə naməlum şəxslər qırğızların bir neçə avtomobilinə və evinə daş atıblar. Hadisə yerinə gələn sərhədçilər kiçik kalibrli silahlardan atəşə tutulub. DSX-nın məlumatlarına görə, atəş Tacikistan tərəfdən açılıb.

Qeyd olunur ki, hazırda atışma dayanıb.

“Report” xatırladır ki, ümumiyyətlə, iki ölkənin sərhədi vaxtaşırı yerli əhali və ya iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb dövlətlər arasındakı sərhədin haradan keçdiyini müəyyənləşdirməyin mümkün olmadığı məntəqələrdə delimitasiyanın olmamasıdır.

DOSYE.ORG

COMMENTS