Tağı Əhmədovun xəstəliyi açıqlandı – “Məni müalicə edəcək həkim yoxdur”

Tağı Əhmədovun xəstəliyi açıqlandı – “Məni müalicə edəcək həkim yoxdur”

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub, əlil arabasında gəzirəm”.
DOSYE.ORG xəbər verir ki. bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib.
Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:
“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.
Qeyd edək ki, Mielit onurğa beyininin bütün iltihabi proseslərinin ümumi adı olub, onun həm boz, həm də ağ maddəsini əhatə edə bilər. Mielit termini ilə onurğa beyninin istənilən iltihabi prosesini adlandırırlar. İltihabın formasından və yayılma dərəcəsindən asılı olaraq, simptomların şiddəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bu xəstəlik indiyədək sinir sisteminin ağır xəstəliklərindən hesab olunur.
Mielit yüksək faizli ağırlaşmalar verir və çətinliklə müalicəyə tabe olur. Bu xəstəlik dünyada o qədər də geniş yayılmamışdır, hər 1 milyon əhaliyə düşən xəstələnmə hallarının sayı 5-dən artıq deyil. Mielitin yaranmasında hər hansı bir özəlliyi qeyd etmək olmaz, insanın cinsiyyəti və ya yaşı xəstəlik riskinə heç bir təsir göstərmir. Bəzi tədqiqatçılar miyelitin 10-20 yaş arasında və ahıl şəxslərdə daha çox rast gəlindiyinə dair dəlillər gətirirlər.
DOSYE.ORG

COMMENTS