Top.Mail.Ru

Tahir Məmmədov Şamaxıya DTX-nın gəlməsinnən qorxmur?

Tahir Məmmədov Şamaxıya DTX-nın gəlməsinnən qorxmur?

Redaksiyamız vasitəsi ilə bir qurup Şamaxı rayon sakini Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə,Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova şikayət məktubu ünvanlayıb. Məktunun məzmunu ilə sizi tanış edirik…

Hətta Sovet Hökuməti dönəmində icra Aparatında müavinlər mütləq yerli kadrlardan təyin olunurdu ki, kənardan gəlmiş Birinci Katibin işinə yardımçı olsunlar… lakin bu gün Tahir Məmmədovun Şamaxıda apardığı “siyasət” çox fərqlidir, demirik ki, uğurludur…Yerli kadrları hansısa səbəblərdən bəyənməyərək, demək olar ki, bütün apparatı kənardan gətirib, yeni gətirdiyi adamlar peşəkar olsa dərd yarı…

Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, (indi koronavirusa yoluxub) əslən Qobustan rayonu, Təklə kəndi, Bakıda yaşayırElxan İbrahimov iqtisadi məsələlər üzrə başçısının müavini (Şamaxıda ilk koronavirusa yoluxan), əslən Qobustan rayonundan, Bakıda yaşayırYaqub Yaqubov başçının köməkçisi idi, Zəngilanlı, şamaxılılar onu “Boz Kardinal” adlandırır, Bakıda yaşayırAraz Məmmədov İcra Hakimiyyətinin baş memarı, Ağdamlı, Tahir Məmmədovun əmisioğlu,  onun “icazəsi” olmadan Şamaxıda heç bir tikintiyə yol verilmir,Arif adlı Ağdamlı, Tahir Məmmədovun yerlisi, Şamaxı nəqliyyatın nəzdində yaradılmış quruma rəhbərlik edir, faktiki olaraq yeni alınmış nəqliyyat vasitələrinin faktiki rəhbəri, Akif Ağayev İcra Hakimiyyətinin mühüm vəzifədə (işlər idarısi), Tahir Məmmədovun xalasının yoldaşı, ağdamlı, və başqaları…

Tahir Məmmədov özü nüfüzlu universitetdə təhsil almadığı üçün (Mingəçevir Politexnik İnstitutunun məzunudur) həm də idarəçilikdən uzaq adam olduğuna adığına görə, yəqin ətrfında peşəkar, savadlı adam olmasını istəmir…Bu gün şamaxıda şikayəti olan vətəndaşlar qətiyyən qəbul olunmur – dinlənilmir,  İcra Hakimiyyətinə gəldiyi halda polislər həbs qorxusu ilə İcra hakimiyyətinin qapısından qovulur.Hər kəs bilir ki, şamaxılıyam dedikdə verilən sual “Quşçusan və ya padar?” olur, çünki həmin tayfalar binei-qədimdən Şamaxı sakinlərinin özəyini təşkil edib. Lakin bu gün icra aparatında nə quşçu qaldı, nə padar…Yeni kadrlar yerli olmadıqlarınnan yerli problemləri bilmir, düzü deyəsən heç öyrənməyə cəhd də etmirlər…

Bir neçə illər əvvəl tutduğu vəzifələrdə ciddi sui istifadə və ya qanuna zidd hərəkətlərinə görə işdən azad olunan şəxslər Tahir Məmmədovun “komandasında” öz yerini tapıb.Şamaxı rayonunda infrastruktur bərbad vəziyyətdədir. Adi halda yağış yağan kimi bir çox küçələr keçilməz vəziyyətə düşür. Yollar çox bərbad vəziyyətdədir düzəlməsi deyəsən heç gündəmdə deyil. Rayon mərkəzində bu gün işiq və qaz saatlarla yanmayanda heç maraqlananda yoxdur ki, hansı səbəbdən iflic olub. Yayın günündə su günlərlə gəlməyə bilər heç kim səbəbini sormur, tənbeh olunmur.Yayın günü küçələri zibil basıb. Bu gün zibil, tullantı qalaqla qapılarda qalıb iylənir, küçələri üfunət iyi basıb… Cənab Prezidentin Şamaxıya məişət tullantılarının atılması üçün xüsusi maşınlar ayırmasına baxmayaraq, ayda cəmi bir dəfə zibil atılır. Yeni verilmiş maşınlar yönəldilib Çuxuryurd, Nağaraxana istiqamətinə, çünku Bakı adamları zibil atılmasına yaxşı pul verir və bu təmiz gəlir olaraq Tahir müəllimin ixtiyarındadır..

Bu hələ rayon mərkəzindədir, kəndlərdə vəziyyət daha acınacaqlıdır, kəndlər haqqında heç danışmağa da dəyməz. Gəldiyi iki ildə Tahir Məmmədov bəlkə cəmi bir dəfə hər hansı bir kənddə olub, mövcud problemlərlə bağlı isə ümumiyyətlə heç bir iş görülməyib.Tahir Məmmədovun gəldiyi gündən bütün işlərini unudub baş apardığı iş isə zəlzənin fəsadlarını aradan qaldırmaq üçün Cənab Prezident tərəfindən ayrılmış vəsaitin sağa-sola xərclənməsidir. Belə ki, tikilmiş yaşayış binalarında evlər “açıq” şəklində qanunsuz satılır. Cənab Prezidentin Şamaxıya son səfəri zamanı Şamaxı şəhərində tikilən 51 mənzilli binaya baxışı zamanı, həmin binanın narazı sakinləri onlardan evlərin açarlarını alınması üçün istənilən pulu ölkə başçısına demək istəyirdi. Lakin Tahir Məmmədov buna imkan vermədi.“şirinlik” müqabilində siyahılara əlavə olunaraq istənilən təmir işləri aparılır. “Şirinlik” yaxşı olanda isə yeni ev tikilir və ya aylıq qazanc əldə edə bilməyən işsiz vətəndaşlar üçün nəzərdə tutulmuş kartları şəxsi mülki kimi paylayır. Bütün bu qanunsuz  işlərə Tahir Məmmədovun ən yaxın adamları rəhbərlik edir. Bir çox hallarda yeni evlərin tikilməsi Tahir Məmmədovun bu işlərini ifşa edən demaqoqlar və ya hər hansı işi ilə Başçıya xoş gələn adamlara ərmağan edilir.

Belə ki, aşağıda adı çəkilən sakinlərin adı bu gün rayonda ən çox müzakirəyə səbəb olanlardandır.Əiyeva Əsbət Sabir Qəsəbəsi, demaqoqluq etdiyine görə 3 yeni ev, Rzai Rəsul Şəhriyar qəsəbəsində məktəb direktoru və məntəqə seçki komissiyasının sədri, 2 yeni ev, biri “şirinliyi” ilə, digəri isə son Bələdiyyə seçkilərində 9B –Şizofreniya xəstəsini (Mikayılov Sabiri) bələdiyyə sədri seçdiyinə görə “təşəkkür”lik kimi, Rəhmətlik Səttar, Şəhriyar qəsəbəsində evi 10 ilə yaxın boş, baxımsız idi uçmuşdu, oğlu Bakıda yaşayır, zəlzələdən sonra gəlib “şirinlik” müqabilində siyahıya saldırdı, yeni ev, Asəfi Zeynəb Şəhriyar qəsəbəsi, evi heç olmayıb, demaqoqluq etdiyinə görə yeni ev (bu günlərdə internetdə prorabın Tahir Məmmədovun korrupsiya işindən agah olması ilə bağlı ifşa edən səs yazısının müəllifi),Güliyeva Xanım Şəhriyar qəsəbəsi, evi heç olmayıb, demaqoqluq etdiyine görə yeni ev. Bundan başqa minlərlə evlərə kosmetik təmir adı ilə, ev sahibinə daha artıq pula imza atdıraraq məbləğin yarısının verilməsi adi hal alıb…

Bu hələ təqdim etdiyimiz ilkin siyahıdır, bu siyahı təkmilləşdikcə təqdim olunacaq… Bəyəm bu azdır? Cənab Prezidentin ayırdığı yardımı dədə malı kimi sağa sola bildiyi kimi xərcləməyə, ediləcək işin müqabilində külli miqdarda korrupsiya hallarına yol verərək rüşvət yığdırmaq məmurun vəzifə səlahiyyətlərini aşmaq deyilmi? Tahir Məmmədovun işlərini ifşa edənləri yuxarılarda ehtiyacı olan kimi təqdim edib, bu  azmış hələ Heydər Əliyev fondunun vəsaiti hesabına da demaqoqlar üçün ev tikdirmək nə qədər düzgün işdir? Etimadı doğrultmaq belə olur? Bu suai istifadə deyilmi?

Bu haqda danışan adamları polis və prokurorluq vasitəsilə həbslə hədə-qorxu gəlmək, bəzilərinə susdurmaq üçün sosial yardım üçün ayrılmış kartlardan vermək, dövlətin vəsaiti hesabına istədiyi adama ev tikdirmək və s. vəzifə səlahiyyətlərində sui istifadə etmək deyilmi?Bu gün Şamaxıda İcra başçısı Tahir Məmmədovun korrupsiya əməllərinnən cuşa gəlmiş məhkəmə, polis və prokurorluq şamaxılılara demək olar ki, divan tutur. Hələ Şamaxıda bu günkü özbaşnalıq olmamışdır, hərəsi bir tərəfdən rüşvət almaqla, sahibkarları “aylıqlara” yükləməklə məşğuldur. Təbii ki, Tahir müəllim bu işlərdən “xəbərdardır”….“Balıq başdan iyiyər” məsəlini bu gün Şamaxıya necədə yaraşdırıblar….  İyimiş balıq başı bu gün Şamaxıda ciddi narazılıqlar yaradır, xalqı etirazlara səsləyir…

Cənab öprezident, Sizə ünvanladığımız məktublar İcraya geri qayıdanda isə, polis əlində məktub yazan adamları axtarır. Vətəndaşlar aparılır şöbəyə hədə qorxu gəlinərək təkzib ərizəsini polis və ya prokuror alır. Niyə axı yazan yox, yazılanı yoxlamırlar? Nə üçün yazan deyil, yazılanların günahkarı cəzalandırılmır?Bü gün şikayətə gələnlərə “Gedin kimə deyirsiz deyin, nə edirsiz edin…” deməsi biz şamaxılıları məyus edir…  Tahir Məmmədovun Sizin göstərdiyiniz etimaddan sui istifadə etməsini və bu etimadı layiqli dəyərləndirməməsini və günahkarların cəzalandırılmasına olan inamla Sizə bir qrup sadə Şamaxı sakinləri öz imdad səsini çatdırır. Bu gün hamı kimi biz pandemiyanın yaratdığı fəsadlardan güclə özümüzə gəlməyə çalışdığımız halda, xalqı bu cür incidən korrupsioner məmurlardan xilas etməyinizi rica edirik.

QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ…

DOSYE.ORG

COMMENTS