Tale Bağırzadə MTN-ə niyə çağırıldı?

Tale Bağırzadə MTN-ə niyə çağırıldı?

İlahiyyatçı, “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Azadxeber.az saytının məlumatına görə, bu barədə sayta ilahiyyatçının yaxınları məlumat veriblər. T. Bağırzadənin MTN-ə hansı səbəbdən çağırılması haqda məlumat verilmir, ilahiyyatçı 15-də Nazirlikdə olacaq.

“Yeni Müsavat”a açıqlamasında T.Bağırzadə məlumatı təsdiqləyib. Bildirib ki, bu gün ona telefon açaraq saat 15-də MTN-in əsas binasına gəlməsini istəyiblər. İlahiyyatçı onu da bildirdi ki, MTN-ə hansı səbəbdən çağırıldığını deməyiblər, T.Bağırov bu çağırışın fəaliyyəti və ölkədəki vəziyyətlə bağlı ola biləcəyini düşünür:”Mənə zəng edib dedilər ki, nazirliyə çağırırlar, görüşmək istəyirlər. Ancaq əlavə heç nə demədilər. Yəqin ki, fəaliyyətimizlə bağlı soruşacaqlar. Bir də ölkədə hazırda vəziyyət gərgindir, görünür bununla bağlı narahatlıq var”.

Xatırladaq ki, T.Bağırzadə hicab qadağasına ən sərt şəkildə etiraz edən ruhanilərdən biridir. 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında hicab qadağasına etiraz məqsədilə keçirilən ikinci aksiyada həbs olunub və 1 il 6 ay həbs cəzası alıb. 2012-ci ilin noyabrın 6-da həbsdən azad olunub və 6 ay sonra 2013-cü il martın 31-də yenidən həbs olunub. Və narkotik saxlama maddəsi ilə 2 il azadlıqdan məhrum edilib, həbsdən bu il iyulun 30-da azad olunub. Avropa Şurası tərəfindən vicdan məhbusu kimi tanınıb. Həbsdə olduğu zaman Müsəlman Birliyi Hərəkatını yaradıb.

COMMENTS