Facebook səhifələrində izlədiyim TMV (Tolişə milliyə vindəsədo) – talış Milli Televiziyasının yaxınlarda teleyayımda olacağı haqqında reklamlar digərləri kimi məni də həyəcanlandırmaya bilməzdi və müasir dövrün digər xalqları kimi mənsub olduğum talış xalqının da tezliklə bir televiziyaya malik olacağı ümidilə onun yayim gününü səbirsizliklə gözləyirdim. Vaxt vədəsinə gəlib çatanda “youtube” uzərindən yayımı izləməyə başladım.
Gördüklərim məni bunun necə bir “TMV” oldugunu, nəyə xidmət edəcəyini, talışlara nə kimi xeyiri və ziyanı olacağı barədə duşunməyə vadar etdi. Ümidlərim alt-üst olmuşdu. Mən bu televiziyanin Moskvadan yayinlanacagini ehtimal edirdim və talış gənclərinin orada iştirak edəcəklərini duşunmuşdum. Təəssuf ki, hər şəy mənim duşunduyum kimi deyilmiş.
İlk əvvəl heç nə başa düşməmişdim. Bu arada “TMV”-nin aparicisi Zabilə məsaj yazdim və bildirdim ki, əgər bu talış milli televiziyasidirsa, nədən orada Talışın yaşadığı arealı büs-bütün tərənnum edən düzgün bir xəritə yoxdur. O da cavabinda mənə “göndərdiniz qoymadim, tək-tənha mən hansı işi görüm” – dedi. Mən də ona əlimin altında olan bir xəritəni yolladim və “nə lazimdirsa, əlimdən gələni edərəm, təki ana dilimdə danışan bir televiziya olsun” – dedim. Bu arada gənclərdən biri mənə yazdi ki, “sən əgər incəliyinə gədər programi seyr etsəydin orada talış xəritəsini gorərdin”. Mən də oturub yenidən bu programi incəliyinə gədər seyr ətdim və dogrudan da 1 saat 17 dəgigə 40 saniyədə saat əgrəbinin təsvirinin arxa planında mənim göndərdiyim xəritəyə oxşar bir şey gördum.
Artıq diqqətlə izlədiyim programın anatomiyasi mənə məlum idi: dialekti talışla yaxindan uzagdan əlagəsi olmayan, danışdıqları belə anlaşılmayan qızlar və oğlanlar, həyatda hər şeydən umidlərini üzmüş, özlərini talış liderləri adlandiran Ələkrəm Hummətov, Fəxrəddin Abbaszodə və Zahirəddin İbrahimi. Özüm-özümdən soruşdm: Əcaba bu televiziya Moskvadan yayimlanirsa, nədən Fəxrəddin studiyada deyil və ora Skype vasitəsi ilə gecəlik paltarda qatılır. Bu gədər gənci Ermənistandan Moskvaya gətirə bilmədiklərinə görə, Zabilin Ermənistana getməsi gənaətinə gəldim. O Zabil ki,bu mugəddəs məhərrəm ayinda Imam Husəyn şəhadəti ucun oxudugu mərsiyələrlə məhşurdur. Bu an Ələkrəmin vaxtilə mənə dedikləri yadima duşdu. Söhbət asnasında ondan soruşanda ki, “Siz nədən Fəxrəddinin Ermənistana gətməsinə razı oldunuz, axı bu böyük səhf idi” soruşanda o, mənə belə cavab verdi: “Fəxrəddin liderlik həvəsində idi, mən də onu ora göndərdim ki, dimdiyini qiram”. Son zamanlar Zabil də yaman hərəkətlənmişdi və dimdik girmag novbəsi görünür ona catmişdi.
Mən baş verənlərlə bağlı ilk növbədə talışlara öz sözümü demək istəyirəm: Həzrəti Peyğəmbər nəvəsi İmam Hüseynin dini yolda necə şəhid olacağını bilirdi və bunun gabagini almaga da gucu və qüvvəsi yetən bir şəxsiyyət idi. Amma yaratdığı din ucun bunun vacib oldugunu da gözəl bilirdi. Yəzidin demək olar ki, hər kəsi şəhid etdiyi bu Kərbəla savaşinda bir xəstə Həzrəti Zəynalabiddin sağ galmişdi və bir də qadınlar. O xəstə həzrətin nələr etməsindən çoxları məlumatlıdır. O qadınlar başda Həzrəti Zeynəb olmaqla nələr etdi, onu da hamı bilir. Məhz Allahın hökmülə bu fiziki cəhətdən xəstə və zəif insanlar sayəsində Həzrəti Peyğəmbərin əhli-beyti yaşadı və nəslini davam etdirdi. Imkan verməyin millətimizi bu qədər aşağılasınlar. Əgər Allah eləməmiş Talış xalqından bir talış gənci belə həyatda qalarsa, Allahın hökmü varsa, bu xalq yaşayacaq və ucalacaq. Biz hər zaman əbu Sufyan nəslinə lənət etməliyik, onlardan gələn hər şəyi rədd etməliyik. Erməni ilə Əbu Sufyanin hec bir fərgi yoxdur.
Mən Azərbaycan ziyalısına və siyasi partiya rəhbərlərinə müraciət edirəm. Xalqimizin bu çətin günündə yanımızda olmağınıza umid edirik, xalqımızın elementar hüquqlarının tanınmasına dəstək olun, onun məkrli oyunlarda alət olmasında susqun mövqe nümayiş etdirməyin, qardaşlığımızı əməldə göstərin.
Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə xitab edirəm. Ermənistan və digər məkrli qüvvələr tərəfindən aparılan oyunlarda Talış xalqının predmet olmasina biganə qalmayın. Vətən ugrunda minlərlə şəhid vərən xalq bir iki nəfər avaturistin umidinə qalmamalıdır. Xalqımın elementar hüquqları Azərbaycanda bərpa olunmalıdır və buna yardımınızı əsirgəməyin.
Qafqaz müsəlmanlarin şeyxi Haci Allahşukur Paşazadəyə səslənirəm. Hörmətli şeyx, Siz buna necə dözursunuz ki, mənsub olduğunuz xalqı insanlığa yaraşmaz dərəcədə hörmətdən salırlar.
Turkiyədə böyük bizneslə məşğul olan, Forbesin varlilar siyahisinda adi kəcən Mubariz Mənsimova çağırış edirəm. “Mənim şirkətimdə nəinki erməni, hətta erməni qarişiği olan bir kimsə işə duzələrsə və mənim bundan xəbərim olmazsa, o insan dərhal şirkətdən uzaqlaşdırılacaq. Erməni ilə ikinci və ya ücüncü dərəcəli qohumluğu olan insan da mənim şirkətimdə işləyə bilməz”. Bu sözlər Sizə məxsusdur. Siz necə qəbul edirsiniz ki, millətinizi bu gədər aşağılayırlar. Yarımbeyinli bir insanı Ermənistana aparib, orada talışları aşağılayan proqramları seyr edəndə, hansı hissləri keçirirsiniz? Yoxsa siz bunlari seyr etmirsiniz? Bəlkə Sizin üçün xalqınıza bir televizia kanalı açmaq əlçatmaz bir şeydir? Düşünün!
Qoy hamı düşünsün! Bizdən isə ancaq vəziyyətin bu səviyyəyə gəlib çatmasında rolu olan Əbu Sufyanlara lənət oxumaq qalır…
Elxan Əlibəyli
Rembo ləqəbli Qarabağ qazısı,
II qrup Qarabağ müharibəsi əlili
COMMENTS