Tanınmış jurnalistlərin övladları tələbə adını qazandılar

İyulun 24-dən Azərbaycanda qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ali təhsil müəssisələrindən ixtisas seçimi başlayıb. Bu proses avqustun 5-dək davam edəcək.
İxtisas seçimi başa çatandan sonra kimin hanı universitetə qəbul olunacağı dəqiqləşəcək.

Modern.az-ın məlumatına görə, builki qəbul imtahanlarında yüksək bal tolayaraq, ali məktəb tələbəsi olmağa namizədlər sırasında tanınmış jurnalistlərin də övladları var. Hətta onlardan bəzilərinin hansı universitetə daxil olduğu belə, dəqiqləşib.

”Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının qızı Cəmilə Türkiyənin İstanbul Universitetinin tibb fakültəsinə daxil olub.
Əvəllər “Yeni Müsavat” və “Mərkəz” qəzetlərində redaktor işləmiş, hazırda isə MSK-da çalışan Şirzad Məmmədlinin qızı Türkay Məmmədli Ankara Universitesinin iqtisad bölümünü qazanıb.
“Aktual.az” saytının rəhbəri Anar Yusifoğlunun övladı Elnur Yusifzadə də də Türkiyə ali məktəblərindən İstanbul Universitetinin ədəbiyyat fakültəsini qazanıb.

”Yeni Müsavat” qəzetinin şərhçisi Azər Rəşidoğlunun qızı Ülkər də bu il ali məktəb imtahanlarında yüksək bal toplayıb. İndi qalır ixtisas seçiminin nəticələrinin açıqlanması, o zaman jurnalistin qızının hansı universitetə qəbul olunduğuna aydınlıq gələcək.

Moden.az saytının redaktoru Əziz Rzabəylinin oğlu Muradın da ixtisas seçimindən sonra hara qəbul olunacağı dəqiqləşəcək.

Eyni sözləri “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayevin oğlu haqda da söyləmək olar. Tanınmış jurnalistin qəbul imtahanında yüksək bal toplayan övladına qabiliyyət imtahanından da üzüağ çıxmağı arzulayırıq.

COMMENTS