Top.Mail.Ru

Tanınmış ekstrasensdə sağalmaz xəstəlik tapıldı

Zirəddin Rzayevin səhhətində problemlər yaranib.

Məşhur ekstrasensin Ans press-ə verdiyi məlumata görə, onun sağlamlığında çox ciddi problemlər var.

Həkimlər nazik bağırsağın un və süd məhsullarına allergiyasını müəyyən ediblər.

Həkimlərin dediyinə görə, ekstrasens ömür boyu un, süd və qlüten tərkibli məhsullara pəhriz saxlamalıdır. Onlardan istifadə etməməlidir.

Hazırda ekstrasensin səhhəti normaldır. Müalicəsi davam edir.

Onu da qeyd edək ki, bu xəstəlik əhali arasında nadir hallarda tapılan qeyri-adi xəstəlikdir. Tibb elmi onun müalicəsinin elmi izahını verə bilmir.
Biz də öz növbəmizdə həmyerlimizə tezliklə şəfa tapmasını arzu edirik.

COMMENTS