Tanınmış jurnalistin doğum günüdür

Tanınmış jurnalistin doğum günüdür

Bu gün ölkənin idman qəzetlərindən olan “Futbol+” qəzetin korrektoru, çox hörmətli, elimizin-obamızın və eyni zamanda, otaylı bu taylı ağsaqqal, Ələddin Rüstəmlinin doğum günüdür. Təbii ki, belə bir möhtəşəm gündə Ələddin müəllimi təbrik etmək hər birimiz üçün şərəfdir.

Çox hörmətli Ələddin müəllim, arzumuz budur heç zaman, heç vaxt üzündə qocalıq oxunmasın. Kaş bu ötən günlər, ötüşən illər, sənin gəncliyinə toxunmayaydı. Həyatdakı uğursuzluqların sənə ruh düşgünlüyü yox, əksinə hər şeyi yenidən başlamaq üçün təkan versin.

DOSYE.ORG olaraq kollektivimiz adından Ələddin Rüstəmliyə işlərində müfəvvəqiyyətlər, şəxsi həyatında isə həyatın ən şirin neməti olan can sağlığını arzulayırıq. Bir daha doğum günün mübarək.

Hörmətlə, DOSYE.ORG saytın kollektivi

COMMENTS