Tanınmış köşə yazarına hücum edildi

Xəbər verildiyi kimi tanınmış araşdırmaçı köşə yazarı olan Rəşad Həmzəzadəyə naməlum şəxslər tərəfindən hücum edilmişdir.”Haqqin org”saytinin yaydıği məlumatda bilirilir ki,Rəşad Həmzəzadə Bakı Şəhəri Yasamal Rayonu X.Q Mustafayev ev 133 ünvanına gələrkən binanın girişində ona hücum edən üç mülki geyimli şəxs onu döyərək müxtəlif bədən xəsarətləri yetirmışlər.Bununla bağlı Rəşad bəyin özü ilə əlaqə saxlayib bütün olanları onun öz dilindən eşitmək istədik.

Rəşad bəyin verdiyi məlumata görə evə gələrkən ona hücum edən şəxslər onun mətbuatda gedən tənqidi yazılarına görə döyüblər.Mənə”bir daha məmurlarımız haqqında tənqidi yazı yazsan səni bundanda betər edərik deyib döyurdulər”.Rəşad Həmzəzadədən hər hansısa bir organa şikayət etdinmi sualımıza cavabı bu oldu ki,hadisədən dərhal sonra özüm və qonşularımız polisin qaynar xətdi olan 102 nömrəsinə zəng etməyimizə baxmayaraq hələ də heç kim maraqlanmamışdır.

Bildiyimiz kimi Rəşad Həmzəzadə tanınmış tənqidi yazar olmaqla yanaşi eyni zamanda müstəqil fikir adami və hökümətin apardıdığı siyasətə qarşı çixan gənclərdəndir.Elə bu səbəbdəndə Rəşad bəy dəfələrlə bu cür hallarla rastlaşmışdır.

COMMENTS