Tanınmış məşqçi istefaya göndərildi

Tanınmış məşqçi istefaya göndərildi

Fransa ikinci liqa təmsilçisi “Evian”ın baş məşqçisi Safet Suşiçi istefaya göndərib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın bu mövsüm uğursuz çıxışı səbəb olub. Onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, S.Suşiç 2009-2014-cü illərdə Bosniya və Herseqovina millisini çalışdırıb. O, mövsümün əvvəlində “Evian”da baş məşqçi vəzifəsinə təyin edilib.

COMMENTS