Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə nişanlandığına dair şaiyələr yayılıb.
Dosye.org xəbər verir ki, şaiyələrin yayılmasına idmançının “İnstagram” hesabında paylaşdığı fotoları səbəb olub.
Belə ki, o, bir müddətdir sevgili olduğu Aysel adlı xanımla paytaxt restoranlarından birində əlamətdar gününü qeyd edib.
F.Əzizova paylaşdığı şəklinə “Həyatın hər dəqiqəsini sevin” şərhini yazıb.
İzləyiciləri cütlükdən nişanlandıqlarını soruşsa da, onlar sualları cavabsız qoyub.
Sözügedən fotoları təqdim edirik:
Dosye.org
COMMENTS