Millət vəkili Zahid Oruc parlamentin yaz sessiyasının ilk plenar iclasında Tarif Şurasının statusu ilə bağlı çıxış edib.
AFN-in məlumatına görə, o, yanvarın 12-də Tarif Şurasının yanacağın qiymətlərində artım edilməsilə bağlı qərarı haqda danışıb: “Məlum 2 qəpik üzərində addım atdı və 2 gün sonra ölkə rəhbəri haqlı olaraq həmin qərarı ləğv etdi. Lakin sonra bəziləri dedilər ki, həmin şuranın prinsipi nədən ibarətdir. Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir. Orada cəmiyyətin maraqlarını ifadə edən QHT-lərdən, parlamentdən, mətbuat şurasından 1 nəfərin olması yerində olardı”.
Millət vəkilinin sözlərinə görə, ehtiyac olmayan qərarlar verilməməlidir: “Hər halda hansısa yersiz addım niyə görə atılmalı idi ki, sonra da belə tənqidlər səsləndirilsin. Ona görə də, mən həmin qurumun statusunun tənzimlənməsini təklif edirəm”.
COMMENTS