Sosial şəbəkələrdə 5-ci sinif “Ata Yurdu” dərsliyindən maraqlı bir foto paylaşılıb.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdirdiyi kitabda qeyd edilir ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.
Xatırladaq ki, bu tip səhvlərə bir çox dərsliklərdə də rast gəlmək olur. Və bu səhvlər sonradan sosial şəbəkələrdə gülüş obyektinə çevrilir.
COMMENTS