Tarkanın qəfil evlənməsinin səbəbi üzə çıxdı – Sevgilisi hamilə imiş

Meqastar Tarkanın ötən cümə günü sevgilisi Pınar Diləklə Tarabyadakı villasında sadə bir mərasimlə evlənməsi Türkiyə şou biznes dünyasında şok effekti yaradıb

Dosye.org xəbər verir ki, nikah mərasimi ilə kifayətlənməyən cütlük yaxın günlərdə toy mərasimi də keçirəcək.

Amma Tarkan və sevgilisi daha öncəki açıqlamalarında toylarını yay aylarında keçirəcəklərini açıqlamışdı.

Türkiyənin “Hürriyyet” qəzeti yazır ki, toyun vaxtından xeyli əvvələ çəkilməsinin səbəbi P.Diləyin hamilə olmasıdır. Cütlük bu səbəbdən də toy tarixini uzatmamağı qərara alıblar.

Bu arada sosial şəbəkənin Türkiyə istifadəçiləri arasında bu toy ciddi müzakirə mövzusu olub. Əksər istifadəçilər P.Diləyin o qədər də gözəl olmadığını, Tarkana yaraşmadığını yazıblar.

Pınar Dilək kimdir?

Doğum tarihi: 1986

Doğum yeri: Almanya (Duisburg)

Boyu: 1.57

30 yaşlı Diləyin anası Əlazığlı, atası isə Şanlıurfalı. Uşaqlığından bəri Tarkan pərəstişkarı olan Pınar 5 il pncə Tarkanın Almaniya konserti zamanı onunla tanış olub. Dostluqla başlayan münasibət qısa müddət sonra öz yerini sevgiyə verib

Dosye.org

 

COMMENTS