Amerikalı diplomatın gizli yazışması: “Tehrana İsrailin 200 nüvə başlığı tuşlanıb.
”ABŞ-ın keçmiş Dövlət katibi Kolin Pauel İsrailə məxsus 200 nüvə başlığının Tehrana tuşlandığını yazıb.
Modern.az xəbər verir ki, bu barədə kompüter hakerləri tərəfindən oğurlanan elektron sənədlərdə deyilir.
Demokrat partiyasının donoru Cefri Lidsə göndərilən məktubda Pauell İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasına toxunub. Keçmiş Dövlət katibinin fikrincə, İran nüvə silahı əldə etsə belə İsrailə qarşı tətbiq etməz.
“Tehrandakılar yaxşı bilir ki, Israilin onlara doğru tuşlanmış 200 nüvə başlığı var”. Məktubun 2015-ci il martın 3-də yazıldığı bildirilir.
Kolin Pauel təkcə ABŞ-ın Dövlət katibi deyil həm də ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri olub. Buna görə də onun İsrailin nüvə potensialı haqda məlumatlarının dəqiq olduğu bildirilir. Amerikanın keçmiş prezidenti Cimmi Karter də vaxtı ilə İsrailin 200 nüvə başlığına malik olduğunu deyirdi.
Dosye.org
COMMENTS