Teleaparıcının anası dünyasını dəyişdi

Aparıcı Xədicə Sənanqızının anası dünyasını dəyişib.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, o, hələ bir müddət əvvəl sosial şəbəkədə anasının səhhətinə görə narahat olduğunu və əlindən heç nə gəlmədiyini yazmışdı:

 

“Allah bütün valideynlərə şəfa versin, eləcə də anama. Dualarınızı əskik etməyin. Son nəfəsimə qədər səninləyəm. Ana, səni gözləyirəm. Gücüm qalmayıb, çox çətindir. Əlimdən gedir, heç nə edə bilmirəm. Allah anamın şəfasını versin. Ümidimi itirmirəm, dua edirəm, onu gözləyirəm”.

COMMENTS