Terrorçular icra başçısına qarşı sui-qəst hazırlayıb?

Terrorçular icra başçısına qarşı sui-qəst hazırlayıb?

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

FOSYE.ORG bildirir ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

DTX-nin yaydığı videodan məlum olur ki, sözügedən ingilis dili müəllimi amerikalı olub və Lənkəranda fəaliyyət göstərib.

Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

COMMENTS