Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxundu

Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxundu

Sabunçu rayon məhkəməsinin inzibati binasında terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşları – İşxan Sarqsyan və Vladimir Rafaelyanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, İşxan Sarqsyan 19 il, Vladimir Rafaelyan isə18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə həmçinin qeyd edilib ki, hər iki şəxs cəzalarının ilk ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Cəzaları başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılacaqlar.

Cinayət işi materiallarına görə, İşxan Sarqsyan və Vladimir Rafaelyan 2021-ci il mayın 27-nə keçən gecə Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçiblər. Onlar Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarını minalayıblar.

Adları çəkilən şəxslər iş başında yaxalanıblar, onlardan ümumilikdə 23 ədəd mina götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214.2.3 (silahdan istifadə etməklə terrorçuluq), 228 (qanunsuz silah əldə etmə, saxlama), 318 (Azərbaycan sərhədlərini qanunsuz keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.

DOSYE.ORG

COMMENTS