Top.Mail.Ru

Teymur Mustafayevin oğlu: “Mən koronavirusa yoluxmamışam”

Teymur Mustafayevin oğlu: “Mən koronavirusa yoluxmamışam”

Mərhum xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayevin koronavirusa yoluxması ilə bağlı xəbər vermişdik.

Məlumat dərc edildikdən sonra xalq artistinin oğlu redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mən koronavirusa yoluxmamışam. Analiz də vermişəm və nəticəsi neqativ çıxıb. Haqqımda yayılan məlumatlar səhvdir”.

Redaksiya olaraq qeyd edirik ki, əldə etdiyimiz məlumat səhv olub və həmin xəbər artıq saytdan çıxarılıb. 

DOSYE.ORG

COMMENTS