“Tezliklə nə Nikol olacaq, nə də müxalifət” – Erməni deputat

“Tezliklə nə Nikol olacaq, nə də müxalifət” – Erməni deputat

“Ermənistanda son bir neçə il ərzində qondarma müxalifət Nikolun siyasətinə qarşı çevrilib. Amma yaxın gələcəkdə Ermənistanda nə Nikol, nə də müxalifət qalacaq”.

DOSYE.ORG modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Vətən” partiyasının üzvü Babken Arutyunyan özünün “Facebook” səhifəsində yazıb.

“İndi nəyə görə uğur qazana bilmədiyimizlə bağlı səbəblər var. Paşinyan hələ də Baş nazir postundadır və xalqı ruhdan salaraq ölkəni parçalamağa davam edir. İqtisadi böhran daha da dərinləşir. Səhvlərimizdən dərs aldıqmı? Buna cavab yoxdur. Ona görə də Ermənistanda həm müxalifət, həm də Paşinyan yox olmalıdır. Şübhəsiz ki, Nikol çox da uzaq olmayan gələcəkdə şərəfsiz müxalifət qüvvələrini də özü ilə aparacaq”,- deyə deputat vurğulayıb.

COMMENTS