Tibb Universitetindəki imtahana 38 nəfərdən 7-si gəlməyib

Sentyabrın 9-da xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsindən Azərbaycan Dövlət Tibb Universitetinə tələbələrin köçürülməsi ilə bağlı keçirdiyi yoxlama imtahanın nəticəsi açıqlanıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a imtahanda iştirak etmək üçün TQDK tərəfindən 38 tələbə qeydiyyatdan keçib. Onlardan 7 nəfəri imtahanda iştirak etməyib. 4 nəfər 20-dən artıq bal toplayıb. 3 nəfərin göstəricisi 10 baldan aşağıdır. Digər tələbələrin qiyməti isə 10-20 bal arasındadır.
Qeyd edək ki, imtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunub və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb. Ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilib.

COMMENTS