Tibb Universitetinin rektoru Prezidentin etimadını doğrultmur…

Tibb Universitetinin rektoru Prezidentin etimadını doğrultmur…

Gəraybəyli ATU-nun tədris klinikalarının dədəsinin obyekti kimi işlədir…

Azərbaycan səhiyyəsinin vəziyyəti  heç kimə sirr deyil. İmkanı olan Avropaya, az imkanı olan isə İrana qaçır.
İndi özünüz təsəvvür edin səhiyyəmizin vəziyyətini.
Ölkə səhiyyəsi imkansız, kasıb insanların olub-qalanını və sanki canını almaq üçündür.
Son 30 ildə səhiyyəmizə rəhrbərlik etmiş 2 səhiyyə nazirini gözünüzün önünə gətirin: çevrilişə görə həbs olunan  Əli İnsanov və  hamının yaxşı tanıdığı….Oqtay Şirəliyev…

Təsəvvür edirsiniz əlacsız, ölümünü gözləyən  xərçəng xəstələri üçün Türkiyədən gətirilən dərmanlar  Bakıda 5 dəfə baha satılır. ( Bu mövzunu ayrıca işləyəcəyik ).
Bir faktı da qeyd edək ki, səhiyyəmizin mənzərəsi az-çox aydın görünsün.
Təsəvvür edirsiniz, Məleykə Abbaszadənin Tələbə İmtahan Komissiyası  12 bal toplamış məzunun balını artırıb  6-12  edərək

Tibb  Universitetinə qəbul etdirir.
İndi başa düşdünüzmü, 12 bal toplayan abituriyent ATU-nun tələbəsi olur. Siz bu tələbədən nə gözləyə bilərsiniz ?
Ümumiyyətlə, ATU hətta sovetlərin son  dövründə rektor “dollar Yaqub”la məşhur idi.
Yadınıza düşdümü, ATU-nun keçmiş rektoru Yaqub Məmmədov..?
Xalq arasında ona “dollar Yaqub”  deyirdilər. Sonralar Milli Məclisin sədri oldu, daha sonra Ayaz Mütəllibov Moskvaya qaçanda hətta Azərbaycan Perzidenti  vəzifəsini bir müddət icra elədi.
Sonra da Elçibəy prezident olanda başqasını rektor təyin etdi. Nəticə göz qabağındadır.
Son illər isə Azərbaycan səhiyyəsi dünyada 2 məsələyə görə  məşhur olub.
Deməli həkim pasiyentin xəstə sağ ayağının əvəzinə sağlam sol ayağını kəsib və deyir ki, mexaniki səhv olub.
İkincisi, bu yaxınlarda  Biləsuvarda  həkim xəstənin kor bağırsağının əvəzinə nazik bağırsağını kəsmişdi.
Deyir dənizin dadını bilmək üçün  onu içməyə ehtiyac yoxdur, bir damcı da bəs edər. Bu iki rüsvayçı fakt məncə bəhs edər ki, səhiyyəmizin səviyyəsini görə  bilək.
İndi keçək əsas məsələyə.
Bu həkimlər harada, hansı ali məktəbdə yetişirlər..?

Əlbəttə, ATU-da…Başqa bir məktəb yoxdur.
İndi gəlin ATU-da baş verənlərə nəzər salaq və…özümüz üçün nəticə çıxaraq.
Əhliman Əmiraslanov  rektor vəzifəsindən azad edildikdən  sonra  ATU-ya gənc bir rektor – Gəray Gəraybəyli  təyin edildi.
Gəya  Gəraybəyli kimdir, qısaca…
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə  bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.

Gəraybəyli Gəray Çingiz oğlu 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Bəli, bu gənciin təyinatı məmnunluqla qarşılandı.
Hamı düşündü ki, gəncdir, ingiliscə bilir, özü də Allah qoymasa, BƏY  nəslindəndir, Gəray bəyin nəvəsidir. Amma…
Əmması odur ki, ATU kollektivinin yazdığına görə, yeni rektorun fəaliyyəti təhsil ocağının müəllim və professor heyətinin narazılığı ilə qarşılanıb.
Belə ki, bu adam bu boyda ali məktəbdə  özbaşınalıq edir.
Gənc rektor  kadr islahatları bəhanəsilə öz qohum-əqrəbalarına vəzifə paylayır. Qohum-əqrəbaları isə savadsız, səriştəsiz adamlardır.

Yeni rektor vəzifəyə təyin olunan kimi  “yağlı vəzifələr”- baş mühasib, təsərrüfat işləri üzrə müdir vəzifələrini öz qohumlarına verib. Ki, yeyintidən heç kimin xəbəri olamasın. Rektor ən gəlirli vəzifəni öz yeznəsinə verib.
Nəzərə almaq lazımdır ki, ATU-nun büdcəsi  kiçik rəqəmlə deyil, böyük rəqəmlərlə ifadə olunur.
Və gənc rektor başına  yığdığı qohum-əqrəbası ilə dövlət vəsaitini dağıtmaqla məşğuldur.
Yeni rektor kadrları ancaq kənardan gətirir, ATU-nun öz potensialından istifadə etmir.
Hələ bu harasıdır ?

Gəray Gəraybəyli ATU-nun nəzdində olan tədris klinikalarında  yığılan yüz minləri mənimsəyir.
Belə ki,  ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Gördünüzmü, hamısı  dövlətin hesabına olub.
Ancaq rektor Gəray Gəraybəyli  bu klinkaları öz dədəsinin obyekti kimi işlədir.
Əlavə şərhə ehtiyac varmı..?
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardı var..

DOSYE.ORG

COMMENTS