Tiflis mediası: “Bu işdə ən böyük rol Əliyevindir”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında Putinin çıxışları onun gələcəyinə olan inamı bir qədər də öldürüb”.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcüstan mətbuatı çıxış edib. Mətbuat artıq bu təşkilatın dünyada ciddi qəbul edilmədiyini bildirib:

“Putin KTMT-dəki dövlətləri onları qoruyacağı bəhanəsiylə yanında saxlayır. Bu təşkilatı çoxları dünyada ciddiyə almır. Çünki onun nə hərəkət, nə də qərar qəbul etmə mexanizmi var. İndi isə KTMT-dən ümumiyyətlə ciddi sayılacaq heç bir şey qalmayıb. Buna ən böyük faktlardan biri kimi isə İrəvanın Qarabağa KTMT qoşunlarının yerdilməsi ilə bağlı Moskvanın təklifini rədd etməsini göstərmək olar. Təbii ki, bu işdə ən böyük rol Əliyevə məxsusdur. Çünki məhz Azərbaycan Moskvanın təzyiqlərinə qarşı gələrək, Putinin Qafqazı tam təsiri altına salmasına mane oldu. Əksər analitiklərin fikrincə, əgər Rusiya Qərbin sanksiyaları və təzyiqlərinə dözə bilsə belə, tezliklə özünün postsovet inteqrasiya proyektlərinə qayıtmayacaq. KTMT isə tamamilə itə bilər. Çünki artıq onun saxlanılmasına pul tapılmayacaq”.

COMMENTS