Top.Mail.Ru

Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib.

Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və yarışda çıxışını dayandırıb.

COMMENTS