Tolik: “Bilirsiz ki, mən 13 ildi beləyəm”

Xalq artisti ilə işbirliyinə son qoyan prodüser: “Aygün xanıma görə hamıyla mübarizə aparmışam”

Yerli şou-biznesin əsas prodüseri sayılan Tolik xalq artisti Aygün Kazımova ilə yolunu ayırıb. ANS PRESS-in məlumatına görə, prodüser bu barədə sosial şəbəkədə bəyan edib.

“Bir ilə yaxın zaman işbirliyimiz olan Aygün Kazımovadan ayrılmağı qərara aldım. Bəli, bizim işbirliyimiz uğurlu olub, hər zaman mən bəzi prodüserlərdən seçilirəm. Çünki müğənniyə verdiyim dəyər pula görə yox, sənətə görə olur”.

Kazımova ilə işləyərkən dostlarına dost, düşmənlərinə düşmən olduğunu deyən Tolik, işbirliklərinə son vermələrinin səbəbini konkret açıqlamasa da, qarşılıqlı münasibətdə anlaşılmazlıqların olduğunu bu sözlərlə bəlli edib:

“Mən həmişə Aygün Kazımovanın dostuna dost olmuşam, düşmənlərinə düşmən. Baxmayaraq o düşmənlər mənə heç nə etməyib, Aygün xanıma görə hamıyla mübarizə aparmışam. Amma mənim də sevmədiyim insanlar var. Məndə belədir, ya mən, ya onlar. Seçim isə insanın özünə qalır. Hər kəsə uğurlar. Mən də, bilirsiz ki, 13 ildir beləyəm, çünki əkizlər bürcüyəm.

Mən hər zaman özünə hörmət qoymuşam, işlədiyim müğənninin səviyyəsi və statusu mənim üçün vacib olub. Özümü isə hamıdan çox istəmişəm, qarşılıqlı hörmət istəmişəm. Dostlarına dost, düşmənlərinə düşmən olmuşam. Bu qarşılıqlı olmalıdır, olmadısa deməli, sən sağ, mən salamat!”.

Prodüsser Tolik

Tolik və Kazımova ayrılığı bundan əvvəl 2013-cü ilin əvvəlində baş vermişdi. Prodüser o vaxt işbirliklərinə son qoymasının səbəbini xalq artistinin Azərbaycandakı fəaliyyəti ilə əlaqələndirmişdi. Təxminən 1 il fasilədən sonra yenidən əməkdaşlıq edən tərəflər bu dəfə ayrılığa konkret hələki heç bir səbəb göstərmirlər.

Prodüserlik fəaliyyətinə populyar ifaçı Röya ilə başlayan Tolik, zaman-zaman bir çox müğənnilərlə işləyib.

COMMENTS