Tolik Elşad Xoseni tənqir etdi

Prodüser Tolik və Elşad Xoseyə arasındakı qalmaqal Avropaya qədər gedəcək

 

Dosye.org Aktual.Az-a istinadən  xəbər verir ki, aralarında münaqişə yaşanan prodüser Toliklə reper Elşad Xose arasında dava yenidən qızışıb. Reper Elşad Xose prodüser Tolikin başında parikli fotosunu paylaşaraq, haqqında “mavi” yazıb.

Prodüser öz dostlarına müraciət edib: “Burada olan dostlarımdan xahiş edirəm, mənə yazmayın ki, Elşad səni təhqir eləyir. Qoy söysün, onun hər sözü onun ziyanınadır. Bu ölkənin qanunları var və onlara tabe olmaq məcburiyyətində olacaq. Mən onun kimi olsaydım indi aralıqda qalmışdım. Vəkilim ali savadlı, qanunu bilən birisidir. Lazım olsa, Avropa Şurasına da yazacam. Mənə də Tolik deyərlər”.

Xose də bu sözlərin qarşılığında sevənlərinə müraciət edib: “Hamıya salam. Sizdən bir xahişim var, ümid edirəm ki, yerə salmazsınız. Xahiş edirəm mənim səhifəmdə söyüş söyməyin, söyüşsüz də cavab vermək olar”.

COMMENTS