Tomas de Vaaldan ermənipərəst mövqe

Aprelin 25-dən biz yeni dünyada yaşayırıq. Musavat.com-un məlumatına görə, bu fikri Vaşinqtondakı Korneqi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal “Reddit” sosial şəbəkəsində udyurma erməni soyqırımı və erməni-türk münasibətləri ilə bağlı sualı cavablandırarkən söyləyib.

“Mən elə bilirəm ki, biz aprelin 25-dən sonra yeni dünyada yaşayırıq. Los-Ancelesdəki erməni icmalçı Arut Sasunyan yazıb ki, “biz genosidin tanınması səhifəsini artıq çevirməli və diqqəti Türkiyəyə qarşı hüquqi iddialara yönəltməliyik”. Yaşayarıq, görərik, bu necə olacaq. Ancaq maraqlı açıqlamadır. Öncələrdə də dediyim kimi, hazırda əsas hadisələr Türkiyənin özündə baş verir. Əgər Türkiyə öz keçmişinə və milli azlıqlarına qarşı daha açıq olsa, bu erməni məsələsinə də pozitiv təsirini göstərər” – deyib Vall.

Tomas de Vaal “Niyə Qafqaz üzrə ekspert ola-ola “soyqırım” məsələsini təhqiq etməyə başlayıb” sualına ermənilərin yüzdə yüz ürəyincə olan belə bir cavab verib: “Ermənistanda olanda müəyyən günlər siz baxıb birdən bütün üfüqü tutan Ararat dağını (Ağrı dağı –red.) görürsünüz. Başqa günlər o, duman içində olur və görünmür. Ancaq o ordadır. Qafqazla məşğul olan biri kimi, mən elə bilirəm müəyyən məqamda anladım ki, ermənilərin 2015-ci il “genosidi” və ondan sonra ta 1921-ci ilədək olan bütün qanlı tarixi Ararat dağına oxşayır: siz onu dana bilməzsiniz”.

COMMENTS