Topçubaşovda vəziyyət gərgindir

Dosye.az -a daxil olan şıkayət məktubunu olduğu kimi ixtiyarınıza veririk.

 

Topçubaşov adına elmi-cərrahiyə İnstitut xəstəxanasının baş həkimi Yusif Əliyev öz maraqlarına xidmət edən mühafizə xidməti yaradıb. Həmən mühafizə xidməti heç bir dövlət orqanından qeydiyyatdan keçməyib.Mühafizə xidməti xəstəxanaya gələn maşınlardan və xəstə ziyarətinə gələnlərdən pul alaraq baş həkimə ödəyir. Xəstəxananın daxilində xüsusi qanunsuz dayanacaq yaradıblar. Bunlardan əlavə baş həkimə xidmət edən məlumat şabəsinini işçisi Ayan xanım mədə- bağırsaq , damar, zob xəstəliklərindən əziyyət çəkən xəstələri baş həkimin qəbuluna aparır. Baş həkim bunun muqabilində Ayan xanıma faiz ödəyir. 

 

Hansı həkim xəstələrə çoxlu dərman yazırsa onun qarşılığında həkim yüksək səviyyədə firmalardan faiz almaq iktidarındadır. Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə gələn gələn xəstələri baş həkim qəbul edi, pulları olmayan xəstələr min bir bəhanələrlə xəstəxanadan uzaqlaşdırılır. Elə məhz bunun nəticəsidir ki, 6 xəstə ürək əməliyyatından anjo stentdən dünyasını dəyişmişdir. 

 

Dosye.az olaraq bildiririk ki, əgər bu neqativ halların qarşısı vaxtında alınmasa gələcəkdə vətəndaşlar alternativ yollardan istifadə edəcəkdir. 

COMMENTS