Torpaq mafiyası SAXTA sənədlərlə 70-dən çox vətəndaşı aldadıb

Torpaq mafiyası SAXTA sənədlərlə 70-dən çox vətəndaşı aldadıb

Bakının Sabunçu rayonu Şuşa şəhərciyi (Ramana  ) deyilən ərazisində Anar,Sadiq və Araz adlı şəxslər tərəfindən 70-dən yuxarı vətəndaşın aldadıldığı bildirilir. Bu barədə şikayətçilər  məlumat veriblər. Onlar iddia edirlər ki, Anar, Araz  və Sadiq adlı şəxslər “Şuşa şəhərciyi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini saxta sənədlərlə çox sayda vətəndaşa satıblar. Hamısına da fərqli qiymətə.Bu günlərda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları həmən əraziləri çəpərləməyə başlayıblar.

Şikayətçilər deyirlər ki, aldadıldıqlarını və ərazinin Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfinfən çəpərləndiyini gördükdən sonra dövlət qurumlarının qarşısına yığışmağı planlaşdırırlar.Aldadılan şəxslər arasında Qazi və Şəhid ailələri də vardır.Şikayətçilər bildirilər ki Anar adlı şəxs bu “mafiyanın” başında durur.İdmançı cüssəli bu şəxslər insanları hədələməkdən belə çəkinmirlər.  Onlara “güc verən” gərəsən kimdir?Onların qanunazidd əməllərinin arxasında kimlər durur?İllərlə bu şəxslərin qanunsuz torpaq satışı işlərinə niyə göz yumulub?Onlar çirkin əməllərini bu gün də davam etdirməkdədir.Pulunu tələb edənləri Anar adlı şəxs hədələməkdən və təhqir etməkdən belə çəkinmir.Aldadılan vətəndaşlar onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etməklə bərabər,bu şəxlərin cəzalandırılmasını  hüquq mühafizə orqanları qarşısında qaldırmaq  niyyətindədirlər.Çarəsiz vətəndaşlar dövlətin aidiyyatı qurumlarından kömək isdəyirlər.(Mediatv.az)
Mövzu diqqətimizdədir.

Bizi izləyin…

COMMENTS