Tovuzda 38 yaşlı qadın bıçaqlanıb

Bakıdan Tovuza qonaq gedən qadın bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 29-da Tovuz rayonun Heydər Əliyev parkında baş verib.

Bakıdan Tovuzun Ağdam kəndinə qonaq gedən, 1977-ci il təvəllüdlü Sevinc Babayeva rayonun mərkəzində yerləşən Heydər Əliyev parkına gəzintiyə çıxıb. Orada tanımadığı şəxs tərəfindən bıçaqlanan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Əməliyyat edilən 38 yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis İdarəsində araşdırma aparılır.

COMMENTS