Tovuzda 43 yaşlı kişi bıçaqlandı

Tovuzda 43 yaşlı kişi bıçaqlandı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Dosye.org xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Rzayev Azər Əşrəf oğlu iki bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib.  Müayinə zamanı ona döş və kürək nahiyələrindən bıçaq xəsarəti diaqnozları qoyulub.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  /Report

DOSYE.ORG

COMMENTS