Tovuzda gənc oğlan Kür çayında batıb

Tovuzda gənc oğlan Kür çayında batıb

Kür çayında bir nəfər batıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə çayın Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub. Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS