Toy gedən evdə yanğın: Bəy və gəlin toyxanadan çıxarıldı

Ağcabədi rayonunda toy mərasimi keçirilən evdə yanğın baş verib.

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Zakirov Təhməz Eyvaz oğluna məxsus evdə baş verən yanğın ev sahibinin oğlunun toy mərasiminin yarımçıq bitməsinə səbəb olub.

Məlumata görə, yanğın toy üçün hazırlanan xörəklərin hazırlandığı evə bitişik yarımçıq tikilidə başlayıb. Hadisənin baş verməsi səbəbindən T.Zakirovun oğlunun toy mərasimi yarımçıq qalıb. Bəy və gəlin toyxanadan çıxarılıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Tikilinin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb toy üçün xörəklərin bişirilməsi üçün istifadə olunan ocaqların alovunun şölələri olub.
Faktla bağlı araşdırma aparılır.

Dosye.org 

COMMENTS