Top.Mail.Ru

Toy karvanında atəş açmağa görə yoxsul ailələr üçün cərimə ödəniləcək…

Toy karvanında atəş açmağa görə yoxsul ailələr üçün cərimə ödəniləcək…

Yeni evlənənlərin valideynləri toy kortejlərinin tərkibində yol hərəkəti qaydalarını pozduqları və doyüş,  yaxud ov silahlarından atəş açqıdları üçün cərimə ödəyəcəklər. 

Bu qərar İnquşetiya ruhaniləri tərəfindən ötən şənbə günü verilib.
Qeyd edək ki, pozuntulara görə  cərimələrdən yığılan pul toyun keçirildiyi yaşayış məntəqələrinin kasıb ailələrinə köçürüləcək. Cərimənin məbləği 10-50 min rubl(təxm. 223- 1117 AZN) arasındadır. Ruhanilik nümayəndələrinin bildirdiyinə görə, toy kortejlərinin iştirakı ilə  getdikcə daha çox baş verən yol qəzaları nəticəsində imamlardan məscidin ziyarətçiləri ilə birlikdə qəzaları dayandırmaq üçün bir yol tapmaları istənilib. Sentyabr ayından bəri şəhər və kəndlərdə ilahiyyatçılar və ağsaqqallar vətəndaş toplantıları təşkil ediblər. Noyabrın 21-də təklif olunan bütün təklifləri müzakirə etdikdən sonra İnquşetiya ruhaniləri son bir ictimai qərar qəbul ediblər.
Yeni qaydalara görə, toy korteji dörd maşınla məhdudlaşacaq. İctimaiyyət qarşısında toy karvanı üçün məsuliyyət tamamilə toy tədbirinin təşkilatçısına aiddir. “Müftilik rəhbərliyi, respublikanın yaşayış məntəqələrinin imamları və ağsaqqallarının iştirakı ilə keçirilən iclasda qərar yekdilliklə qəbul edilib” – deyə İnquşetiya müftisi İsa-Hacı Hamxoyev bildirib.
DOSYE.ORG

COMMENTS