Toylarda yoxlamalar davam edir: daha 15 nəfər cərimələnib

Toylarda yoxlamalar davam edir: daha 15 nəfər cərimələnib

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər cərimə olunub, 131 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

DOSYE.ORG

COMMENTS