Toyuq dönərlərinə qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA

Toyuq dönərlərinə qadağa qoyulub? – RƏSMİ AÇIQLAMA

Rusiyaya ixrac edilən pomidorla bağlı heç bir qadağa yoxdur.

DOSYE.ORG xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda ixrac gedir və hansısa bir məhdudiyyət qoyulmayıb.

AQTA sədri onu da bildirib ki, ölkəmizdə olan təhlükəli qidalar izləniləcək. “Qida təhlükəsizliyi haqqında” qanun qəbul edildikdən sonra bununla bağlı müvafiq qaydalar tətbiq ediləcək. Qoşqar Təhməzli bildirib ki, təhlükəli qidaların reyesteri istehlakçılar üçün açıq olacaq.

AQTA sədri həmçinin bildirib ki, qablaşdırılmış məhsulların etiketlənməsi qaydası dəyişəcək. Bu da yeni qanunun qəbulundan sonra həyata keçiriləcək.

Sədr həmçinin deyib ki, toyuq dönərlərinə qadağa qoyulmayıb, standartlar da artıq könüllüdür.

COMMENTS