Top.Mail.Ru

Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi

Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi

Türkiyədən kürdlərlə (YPG nəzərdə tutulur – red.) saziş imzalamasını, barışmasını istədim, qəbul etmədilər.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Türkiyəni sevən biri” adlandıran Tramp tərəflərin sonradan saziş imzaladığını qeyd edib:

“Türkiyəyə “Mənə bir yaxşılıq edin, kürdlərlə saziş imzalayın, barışın” tələbini irəli sürdüm, əvvəlcə Ərdoğan da, kürdlər də bu tələbi qəbul etmədi. Ancaq daha sonra tərəflər arasında saziş imzalandı”.

Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Türkiyə hərbi əməliyyata fasilə verib, kürd qruplaşmaları isə nəzarət etdiyi bölgədən geri çəkilib.

DOSYE.ORG

COMMENTS