Tramp ABŞ-da dövlət çevrilişinə cəhddən danışdı

Tramp ABŞ-da dövlət çevrilişinə cəhddən danışdı

ABŞ prezidenti Donald Tramp Rusiya ilə onun seçkiqabağı qərargahının xəyali “əlaqələri” haqda araşdırmanı dövlət çevrilişinə cəhd hesab edir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, “Rusiya işi” üzrə bəraət məruzəsinin dərcindən sonra Tramp istintaqın özünü onu hakimiyyətdən qanunsuz kənarlaşdırmaq cəhdi adlandırıb.

“Bu, dövlət çevrilişinə cəhd idi, prezidenti vəzifədən kənarlaşdırmaq cəhdi, amma biz üstün olduq”, – deyə Tramp Texasa səfərinin gedişatında Fox News-un efirində bildirib.

Bununla belə, o, təsdiq edib ki, xüsusi prokuror Robert Müllerin məruzəsinin tam mətnini hələ görməyib, hərçənd əmindir ki, sənəd onu tamamilə təmizə çıxarır.

İndi Tramp onları- ona qarşı araşdırmaya təşəbbüs edənləri məsuliyyətə cəlb etməyi planlaşdırır.

“Onu ki, onlar etdilər, dövlətə xəyanət idi, bu, dəhşətli idi, bu, bizim konstitusiyamızın pozulması idi”, – prezident əlavə edib

DOSYE.ORG

COMMENTS