Tramp Amerika hərbçilərini bütün dünyanın qəhrəmanları adlandırıb

 Dosye.org”İslam dövləti” terror qruplaşması üzərində qələbə əldə edilib, ABŞ hərbçiləri evə qayıtmalıdır”.

Dosye.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz Suriyada uzun müddət vuruşduq. Mən artıq iki ilə yaxındır prezidentəm, hərbi əməliyyatların səviyyəsini qaldırdıq və biz İŞİD-ə qalib gəldik. Biz onları əzdik, əraziləri geri qaytardıq və qoşunumuzun evə qayıtmaq vaxtı gəlib çatdı”, – deyə Tramp “Twitter”də yerləşdirdiyi videomüraciətdə bildirib.

O, Amerika hərbçilərini bütün dünyanın qəhrəmanları adlandırıb.

“Onlar bizim uğrunda vuruşurdular, lakin onlar bütün dünyaya ziyan vuran İŞİD-i məhv etdilər, – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Dosye.org

COMMENTS