Mətbuat katibi vəzifəsindən azad edilə bilər
ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Şon Spayseri vəzifəsindən azad edilə bilər.
İstiPress-in rus mətbuatına istinadən məlumatına görə, “Fox News” telekanalındakı müsahibədə Tramp Spayseri “gözəl insan” adlandırıb. Lakin o, mətbuat katibinin bu vəzifədə qalıb-qalmayacağı barədə sualı cavablandırmaqdan imtina edib.
Əvvəllər isə Spayserin bir neçə gün iş yerində olmadığı xəbər verilib.
Dosye.az

COMMENTS