Tramp Putini təbrik etdi

Tramp Putini təbrik etdi

ABŞ prezidenti Donald Tramp Rusiyanın yeni seçilmiş dövlət başçısı Vladimir Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

TASS xəbər verir ki, bu barədə ənənəvi brifinqdə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. Onun sözlərinə görə, Tramp hesab edir ki, Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşması zamanı tezliklə gələcək.

“Prezident onu (Putini inauqurasiya münasibətilə) təbrik edir və bizim də ümid etdiyimiz kimi Rusiya ilə münasibətləri qaydaya sala biləcəyimiz vaxtı səbirsizliklə gözləyir”, – deyə Ağ Evin mətbuat katibi bildirib.

Dosye.org

COMMENTS